Bolqarıstanın paytaxtı Sofiyada COVİD əleyhinə etiraz edən nümayişçilər Xalq Assambleyasının binasına daxil olmaq istəyən zamanı səkkiz polis əməkdaşı yaralanıb. SİA xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyasının məlumatında deyilir.
Qeyd olunur ki, etiraz edənlər parlamentin ətrafındakı polis kordonunu yararaq binanın qapısına soxulmağa cəhd ediblər. Toqquşmalarda xəsarət alan hüquq-mühafizə orqanları əməkdaşlarının sayı, son məlumatlara görə, iki dəfə artaraq 8-ə çatıb. Onların bir çoxu qabırğalarından yaralanıb.
Xəsarət alan polislərdən 5-i Hərbi Tibb Akademiyasının təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Müayinədən və mütəxəssislərin məsləhətindən sonra onlar evə, ambulator müalicəyə buraxılıblar.
Təxminən yerli vaxtla saat 16.00-da parlamentin ətrafına toplaşan etirazçılar Səhiyyə Nazirliyinin binasına doğru yollanıblar. Şüarların səsləndirilməsi nəzərə alınmasa, yürüş dinc şəkildə davam edib, vəziyyət sakitləşib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...