Yaponiyada yaşayan uşaq anası ikinci övladını dünyaya gətirmək istəyib. Lakin ərinin səhhətində olan narahatçılığa görə bu mümkün olmayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, əri ilə danışıb anlaşan qadın, sosial şəbəkədə tanış olduğu kişidən hamilə qalıb. İlk dəfə özünü yapon kimi təqdim edən kişinin əslində yapon deyil, çinli olduğu üzə çıxandan sonra qadın dünyaya gətirdiyi uşağı küçəyə atıb. Əvvəlcə körpəsini küçəyə atan qadın, daha sonra körpənin atasına qarşı 2,5 milyon dollarlıq təzminat iddiası qaldırıb. Uşaq hüquqları müdafiəçisi Mizuho Sasak isə körpəyə əşya kimi baxdığını dediyi qadına sərt reaksiya verib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...