PDF Oxu

Dünya

  • 1 766

Rusiya-NATO Şurasının danışıqları ÇEXİYADA ŞƏRH EDİLİB

Rusiya-NATO Şurasının danışıqları ÇEXİYADA ŞƏRH EDİLİB

Çexiya Rusiya ilə sülh və düzgün münasibətlərdə maraqlıdır. SİA xəbər verir ki, bu sözləri Çexiya Müdafiə Nazirliyinin rəhbəri Yana Çernoxova Rusiya-NATO Şurası danışıqlarını şərh edərkən deyib.

"İnanıram ki, diplomatik danışıqlar Ukrayna sərhədlərində mövcud vəziyyətin deeskalasiyasına gətirib çıxaracaq. Biz Rusiya ilə dinc və düzgün münasibətlər istəyirik", deyə Çernoxova bildirib.

Eyni zamanda, Çernoxovanın sözlərinə görə, NATO müttəfiqləri bütün ssenarilərə hazır olmalıdırlar.

Diqqətə çatdıraq ki, Brüsseldə Rusiya-NATO Şurasının iclası keçirilib. Görüş yanvarın 9-10-da Cenevrədə Rusiya və ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqlardan sonra keçirilib. Cümə axşamı Rusiya-NATO Şurasının iclasından sonra Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Vyana şəhərində məsləhətləşmələr keçirilib.

Xatırladaq ki, Rusiya dəfələrlə Qərbin və Ukraynanın “aqressiv hərəkətlər”lə bağlı ittihamlarını rədd edib, heç kəsi təhdid etmədiyini və heç kimə hücum etmək fikrində olmadığını bəyan edib, “Rusiyanın təcavüzü” ilə bağlı bəyanatlar isə NATO-nun yaxınlığında daha çox hərbi texnika yerləşdirmək üçün bəhanə kimi istifadə olunduğunu bildirib.

Eyni zamanda, Kiyev və Qərb dövlətləri son vaxtlar Rusiyanın Ukrayna sərhədləri yaxınlığında guya “aqressiv hərəkətləri”nin artması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya qoşunlarını öz ərazisi daxilində və öz mülahizəsinə uyğun yeridir. Onun sözlərinə görə, bu, heç kimi təhdid etmir və heç kimi narahat etməməlidir.

Digər xəbərlər