Dünya

  • 1 876

“Havana sindromu” peyda olub CENEVRƏ VƏ PARİSDƏKI ABŞ DİPLOMATLARI ARASINDA

image

ABŞ-ın Cenevrə və Parisdəki diplomatik nümayəndəliklərinin əməkdaşları arasında “Havana sindromu”nun simptomları müşahidə olunub. SİA xəbər verir ki, bu barədə Wall Street Jurnalı öz mənbələrinə istinadən məlumat yayıb.

Jurnalın məlumatına görə, diplomatlardan biri hətta müalicə üçün vətəninə təxliyə edilməli olub.

Nəşrin yazdığına görə, 2021-ci ilin yayında Avropanın iki şəhərində Amerika diplomatik missiyalarının əməkdaşlarına hücum edildiyi iddiası ilə bağlı əvvəlcə diplomatların özlərinə, sonra isə ABŞ Dövlət Departamentinə məlumat verilib.

"Havana sindromu"na Cenevrədəki konsulluqda işləyən ən azı üç amerikalının yoluxuğu, onlardan birinin İsveçrədən ABŞ-a təxliyə edildiyi bildirilir. ABŞ-ın Parisdəki səfirliyinin əməkdaşında daha bir müəmmalı sindrom hadisəsi qeydə alınıb. Qeyd olunur ki, diplomatik missiyanın yüksək rütbəli məmurları iddia olunan məsələ ilə bağlı diplomatları elektron poçtla məlumatlandırıb və onları “qeyri-adi simptomlar”a səssiz qalmamağa çağırıb.

Dövlət Departamenti nəşrin şərh sorğusuna cavab verməyib. Wall Street Jurnalı qeyd edir ki, departament adətən konfidensiallığı əsas gətirərək belə hadisələri şərh etmir.

Xatırladaq ki, “Havana sindromu”nun təzahürləri 2016 və 2017-ci illərdə Kubada, eləcə də 2018-ci ildə Çində ABŞ diplomatları arasında müşahidə olunub. İddialara görə, diplomatik nümayəndəliklərin üzvləri uzunmüddətli sağlamlıq təsirlərinə səbəb olan səsə məruz qalıblar.
Amerika mediası zaman-zaman Rusiyanı “akustik hücumlar” təşkil etməkdə ittiham edirdi. Rusiya Xarici İşlər Nazirliyi bu cür hücumları qəribə təlqinlər və tam absurd adlandırıb.

KİV-in məlumatına görə, Afrika, Tacikistan və Moskvada ABŞ diplomatları arasında bu müəmmalı xəstəliyə bənzər xəstəliklər qeydə alınıb. MKİ-nin məlumatına görə, bütün hadisələrdə bir neçə yüz amerikalı nümayəndə yaralanıb. CNN, kəşfiyyatda yüzə yaxın adamın çalışdığını bildirdi.

Digər xəbərlər