Sudanda keçirilən etiraz aksiyasında 7 nəfərin həyatını itirdiyi, ən azı 100 nəfərin yaralandığı bildirilib. SİA xarici mətbuata istinadən bildirir ki, ötən il oktyabrın 25-dən bu yana davam edən etirazlarda itkilərin sayı 71-ə yüksəlib. Sudan xalqının ötən il oktyabrın 25-də hərbi müdaxilədən sonra hökumətin tamamilə mülki şəxslərə təhvil verilməsinə etirazları davam edir. Sudanın paytaxtı Xartumda səhər saatlarında hərbi idarəçiliyə qarşı keçirilən etiraz aksiyasında 7 mülki vətəndaşın öldüyü, 100 nəfərin isə yaralandığı bildirilib.Sudanın demokratiya tərəfdarı qrupu ölkədəki silahlı hücumları pisləyib və təhlükəsizlik qüvvələrinin hərəkətlərinə görə sudanlılara iki günlük vətəndaş itaətsizliyinə çağırıb.
Müəllif: Abutel İlhamqızı
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...