Səudiyyə Ərəbistanı Türkiyə məhsullarına qoyduğu embarqonu ləğv etmək qərarına gəlib.
SİA xəbər verir ki, bu barədə “Türkiyə qəzeti” məlumat yayıb.
“Türkiyənin ən mühüm ticarət tərəfdaşlarından biri olan Səudiyyə Ərəbistanına edilən ixracat embarqo səbəbindən 2,7 milyard dollardan 189 milyon dollara düşmüşdü. Səudiyyə Ərəbistanı embarqonu ləğv etməklə Türkiyə ilə həm diplomatik, həm də iqtisadi sahədə yeni səhifə açmağı planlaşdırır.
Qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevral ayında bu ölkəyə səfəri çərçivəsində açıqlanacaq. Bu qərarla iki ölkə arasında ticarət dövriyyəsinin 3 milyard dollara çatacağı gözlənilir”, – nəşr yazır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...