PDF Oxu

Dünya

  • 2 001

On minlərlə nümayişçi polislə toqquşub

On minlərlə nümayişçi polislə toqquşub

Brüsseldə 50 min insanın qatıldığı Covid-19 tədbirləri etirazı zamanı etirazçılar polislə toqquşub. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisələr səbəbindən Avropa İttifaqının qərargahının yerləşdiyi bölgədə çoxlu binaya ziyan dəyib. Polis nümayişçilərə gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib.Polisin məlumatına görə, Brüsseldə günorta saatlarında başlayan nümayişdə 50 minə yaxın insan iştirak edib. Hollandiya, Almaniya, İsveçrə və Fransadan da çoxlu insan etirazı dəstəkləyib. Nümayiş zamanı həmçinin Rumıniya, Albaniya, Polşa və İtaliya bayraqları da qaldırılıb. Brüssel polisi nümayişdən əvvəl bütün qrupları bölgəyə göndərərək fövqəladə təhlükəsizlik tədbirləri görüb.

Müəllif: Rüqəyya Orucova

Digər xəbərlər