PDF Oxu

Dünya

  • 2 202

Taliban nümayəndə heyəti Qərblə masa arxasındadır

Taliban nümayəndə heyəti Qərblə masa arxasındadır

Norveçin paytaxtı Oslo Taliban nümayəndə heyətini qarşılayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Talibanın hakimiyyəti ələ keçirdikdən sonra ilk dəfə Avropaya gələn nümayəndələri, ABŞ, Fransa, İngiltərə, Almaniya, İtaliya, Norveç və Aİ diplomatları ilə görüşüb.Əfqanıstanın xarici işlər naziri Emirhan Muttakinin sədrliyi ilə Taliban tərəfində bağlı qapılar arxasında keçirilən danışıqlar şəhərdən 10 km şimalda yerləşən Soria Moria otelində keçirilib. Kişilərdən ibarət nümayəndə heyətinin 15 üzvü Norveçin kirayə verdiyi təyyarə ilə ölkəyə gəlib. Əfqanıstandakı ən dağıdıcı hücumlardan bəzilərinin məsuliyyətini daşıyan Hakkani şəbəkəsinin lideri Enes Hakkaninin heyətdə olması sosial mediada sərt reaksiyaya səbəb olub. Norveçin xarici işlər naziri Anniken Huitfeldt Əfqanıstandakı iqtisadi böhran və beynəlxalq humanitar yardımın əsas mövzu olduğu danışıqların tənqidi ilə bağlı “Taliban qanuniləşdirilməyib və tanınmayıb. Lakin biz imkan verə bilmərik ki, siyasi vəziyyət humanitar fəlakətə gətirib çıxarsın” sözləri ifadə edib.Beynəlxalq böhranlarda bitərəf qalaraq tez-tez vasitəçi kimi çıxış edən Norveçin paytaxtı Oslo, İsrail-Fələstin məsələsi də daxil olmaqla, daha əvvəl bir çox böhranın həlli üçün tərəflərin görüşmə nöqtəsi olub.

Müəllif: Rüqəyya Orucova

Digər xəbərlər