Dünya

  • 1 077

19 nəfər saxlanılıb SAHİBKARLARIN MİTİNQİNDƏ

image

Ukraynanın Ali Radası yaxınlığında hüquq-mühafizə orqanları ilə toqquşma baş verən mitinqdə, sahibkarların mitinqində polis 19 nəfəri saxlayıb, sonra onların hamısı sərbəst buraxılıb. SİA xəbər verir ki, bu barədə "Ukrayna 24" telekanalının müxbiri canlı yayımda bildirib.

"Səhnədən dedilər ki, polis 19 nəfəri saxlayıb, onlara görə cərimə ödənilib və sonra hamısı sərbəst buraxıb. Hamı polisdən məlumatın təsdiqini gözləyir", deyə müxbir qeyd edib.

Xatırladaq ki, çərşənbə axşamı səhər saatlarında sahibkarlar Kiyevin mərkəzi küçələri ilə yürüş edib və onlar nəzarət-kassa aparatlarından istifadənin sadələşdirilmiş sistemi haqqında qanun layihəsinin qəbulunu və vergi məcəlləsində bir sıra digər yumşaldılmaları tələb ediblər. Yürüşdən sonra onlar Radanın binasına qayıdaraq mitinqi davam etdiriblər. Daha sonra polislə iş adamları arasında əlbəyaxa dava düşüb. Mitinq iştirakçıları parlament binasına girməyə cəhd ediblər. Etirazçılar tüstü bombalarından, qaz patronlarından istifadə ediblər. Qarşıdurma zamanı bir neçə nəfər yerdə olub, təhlükəsizlik üçün izdihamdan kənara çıxarılıb. Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanın ən fəal iştirakçılarını kobud şəkildə saxlayıblar. Polis hələ də saxlanılanların sayı və dava nəticəsində ölənlərin olub-olmaması barədə məlumat verməyib. Etirazçılar aksiyanı bitiriblər, lakin çərşənbə günü səhər davam etmək niyyətindədirlər.

Digər xəbərlər