Dünya

  • 1 070

Diplomatın məsuliyyətə cəlb olunması tələb edilib MÜHARİBƏ TƏBLİĞATINA GÖRƏ

image

Ukraynanın "Həyat üçün Müxalifət Platforması" partiyası Rusiya Federasiyası ilə müharibə təbliğatına görə ABŞ səfirliyinin diplomatını mühakimə etməyi tələb edir. SİA xəbər verir ki, bu barədə siyasi qüvvənin saytında müvafiq bəyanat dərc olunub.

"Bu gün Ali Radada Ukraynanın müdafiə naziri bəyan edib ki, hərbi əməliyyat təhlükəsi yoxdur və bu guya təhlükə ətrafında çaxnaşma dövlətimizin düşmənləri tərəfindən yayılır. Bizim siyasi partiyamız Rusiya Federasiyası ilə əlaqələrin bərpasının ardıcıl tərəfdarıdır. İnanırıq ki, Ukrayna və Rusiyanın iştirakı ilə genişmiqyaslı müharibəyə başlamaqda maraqlı olan Qərb qüvvələri tərəfindən qəsdən şişirdilmiş militarist isteriya və rusofobiya maraqlara ziddir. Bu da dövlətimizi və onun mövcudluğunu təhdid edir ", deyə mətndə qeyd olunur.

Xatırladaq ki, Rusiya dəfələrlə Qərbin və Ukraynanın “aqressiv hərəkətlər”lə bağlı ittihamlarını rədd edib, heç kəsi təhdid etmədiyini və heç kimə hücum etmək fikrində olmadığını bəyan edib və qeyd edib ki, “Rusiyanın təcavüzü” ilə bağlı bəyanatlar daha çox NATO hərbi texnikasının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunur. Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl qeyd edib ki, Qərbin “Rusiya təcavüzü” və Kiyevə özünü ondan müdafiə etməkdə köməklik etmək ehtimalı ilə bağlı bəyanatları həm gülünc, həm də təhlükəlidir.

Digər xəbərlər