Kolumbiyanın Kaketa departamentinin qubernatorunun korteji yolunda əldəqayırma bombanın partlaması nəticəsində iki polis əməkdaşı həlak olub, üç nəfər yaralanıb. SİA bildirir ki, bu barədə polis rəisi, general Xorxe Varqas Twitter-də yazıb.
General qeyd edib ki, bu gün polislərin ölümünə səbəb olan dəhşətli terror aktını pisləyir.
Polis rəisinin sözlərinə görə, asayiş keşikçiləri bölgəni gəzən qubernatorun təhlükəsizliyini təmin ediblər.
Yerli medianın verdiyi məlumata görə, əldəqayırma qurğunun partlaması maşın karvanının Solano və Florensiya bələdiyyələri arasında hərəkət etdiyi zaman baş verib.
Kaketa qubernatoru Arnulfo Qasca Trujillonun özü xəsarət almayıb, hücumdan sonra onun helikopterlə Florensiyada On İkinci Ordu Briqadasının olduğu yerə təxliyə edildiyi bildirilir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...