PDF Oxu

Dünya

  • 2 307

Somalidə quraqlıq təhlükəli həddə çatdı

Qeyd edək ki, 2021-ci ilin noyabrında Somali hökuməti quraqlıq səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib

Somalidə quraqlıq təhlükəli həddə çatdı

Somalidə yağış mövsümündə yağıntının gözləniləndən az olması səbəbindən quraqlıq təhlükəli həddə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, Norveç Qaçqınlar Şurasının verdiyi açıqlamada humanitar yardım səylərinin davam etdiyi, lakin resursların ehtiyacları qarşılamaq üçün kifayət qədər olmadığı vurğulanır, ölkədə quraqlıq səbəbindən insan və heyvan tələfatının artdığı qeyd olunur.

Bundan əlavə, hazırda Somalidə 3,2 milyon insanın quraqlıqdan əziyyət çəkdiyi, beynəlxalq ictimaiyyətə yardım üçün çağırış edildiyi bildirilir.

Qeyd edək ki, 2021-ci ilin noyabrında Somali hökuməti quraqlıq səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib.

Digər xəbərlər