PDF Oxu

Dünya

  • 1 645

Sabiq kargüzarın "müti qul"la bağlı ittihamları...

Sabiq kargüzarın "müti qul"la bağlı ittihamları...

“...Bu gün bizim başımıza gələn fəlakət daha çox özümüzü aldatmağın nəticəsidir. Uzun illər Ermənistanla bağlı əksər məsələləri kənarda müzakirə edən sabiq dövlət başçıları, sonradan evə -İrəvana qayıdıb xalqa yalan vədlər verdiyini indi sübut etməyə elə də bir ehtiyac yoxdur. Doğrudur, siz bu gün ölkənin keçmiş prezidentləri ilə bu və ya digər şəkildə rəftar edə bilərsiniz, onların çoxsaylı baxışlarını qəbul edib, etməyə bilərsiniz,..lakin unutmaq lazım deyil ki, tarixi saxtalaşdırmaq erməni xalqı üçün həmişə “qəbuledilməz”(?) olub. Bundan əlavə, buna yol vermək “böyük erməni xalqı”nın gələcəyi üçün çox təhlükəlidir”... Nə deyəsən..?

Deməli, bir müddət bundan əvvəl ermənilərin “təzəcə yaratdıqları” “alternativ layihələr” adlı qrupu belə bir bəyanatla çıxış edib. Belə ki, yuxarıda yer alan fikirlər də həmin bəyanatın mətnindəndir. Bəyanat müəlliflərinin fikrincə, bu gün dar bir hakimiyyət qrupunun qərarı göz qabağındadır. Yəni onlar ölkənin gələcəyini məhv etməklə yanaşı, öz xilas yollarını da keçmişin saxtalaşdırılmasında görürlər. Özü də, sən demə, Nikol başda olmaqla onun ətrafındakılar bütün bunları aqressiv şəkildə və “qırmızı xətlər” olmadan həyata keçirməyə çalışırlar.

Bəyanat müəlliflərinin fikrincə, “...amma belə olmamalıdır”. Çünki, hələ o vaxt Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Nikolun ideyalarına bənzər öz ideyalarını gizlədə bilmədiyinə görə “istefaya getdi”(?). Doğrudur, indi qarasınca deyinilsə də, amma onun hakimiyyəti illərində, hərbi uğurların ən qaynar anlarında Ermənistan sərt xarici addımlardan xilas ola bildi(?). Amma Levonun “qırmızı xətlər” tərəfə boylanması ona baha başa gəldi və onun sonunu gətirdi...

“Layihələr” qrupu müəlliflərinin fikrincə, yenə də sən demə, bunları ikinci erməni prezidenti Robert Köçəryan haqqında demək doğru olmaz, çünki o,.. əsil “sülhsevər” prezident kimi, erməni tarixinə düşməlidir. Təbii ki, həmən ərəfədə onun Ki-Uest sülh sazişinə nail olması “robertsevərlər” tərəfindən “Ermənistanın böyük uğuru kimi” qəbul edilsə də, sonradan bu elə də işə yarımadı. Amma onun hakimiyyəti dövründə 100-ə yaxın erməni hərbçisinin ölümü istisna olmaqla, qalan erməni əsgərlərinin heç birinin burnu belə qanamadı. Buna baxmayaraq, o hakimiyyətdə olduğu 10 il ərzində guya qarşı, Azərbaycan tərəfinə böyük itkilər verdirdi.

Qeyd edək ki, ermənilərdə buna “sülhün mühafizəsi, sülh istəyi” deyilir.

Yeri gəlmişkən bildirək ki, “alternativ layihələr” qrup üzvlərinin fikrincə, “qələbə məsələsində” üçüncü prezident Serj Sarkisyan da “böyük pay sahibi” kimi erməni tarixinə düşməlidir. Bundan əlavə, Serjik Sarkisyan prezident olduğu dövrdə həm də “ağlabatan kompromislərin və uzunmüddətli sülhün tərəfdarı” kimi də tanınıb. Necə deyərlər...”yiyən ölsün, ay Serjik”.

...Maraqlıdır, bəs onda “uzun illər Ermənistanla bağlı əksər məsələləri kənarda müzakirə edən sabiq dövlət başçılarının sonradan İrəvana qayıdıb xalqa yalan vədlər verdiyini” deyən “alternativ layihələr”çilərin bu fikirlərini necə başa düşək? Axı onlar xalqa verilən yalan vədlər deyərkən, təbii ki, Robertlə Serjiki nəzərdə tuturdular.

Yaxşı, siz deyin, dünənə qədər, elə dediyiniz kimi, sadə ermənilərin həyatına girib Erməistanı talayan Robert Koçaryan və ya onun həmkarı Serjik Sarkisyanı bu gün az qala “qəhrəman” kimi təqdim etmkdə məqsədiniz nədir?

Hazırkı hakimiyyətə diqqət çəkib “...bu hökumət ermənilər üçün nə etdi?”-deyə əsas gətirirsiniz. Hətta Nikol Paşinyanın bütün sahələrdə uğursuz olduğunu, onun yaxın qonşularla savadsız danışıqlar aparnası sayəsində Rusiya ilə münasibətlərin pisləşməsini, Aİ və ABŞ ilə münasibətlərin “ləğv edildiyini” dyirsiniz. ...Və hətta bir az da qabağa gedib, vaxtilə guya “quşun belə səkə bilmədiyi” Erməistan sərhədlərində hazırda Azərbaycan əsgərlərinin “ağalıq” etdiyindən şikayətlənirsiniz...

Yerı gəlmişkən qeyd edək ki, bu arada hələ də Serjikə “sadiqliyi” ilə diqqət çəkən Armen Aşotyan ötən gün öz “Facebook” səhifəsində tezliklə “satqın bir siçovulun” Ermənistana prezident gətiriləcəyi barədə xəbər paylaşıb. Təbii ki, o bunu hakim partiyadan Ermənistan prezidentliyinə namizədliyi irəli sürülən Vaqan Xaçatryanı nəzərdə tutaraq bildirir. Aşotyana görə, yeni seçiləcək prezident guya baş nazır Nikol Paşinyanın bütün göstərişlərini “müti qul kimi” yerinə yetirəcək.

...Əslində, Armen Aşotyanın belə haqsizlıq etməsinə heç bir əsas olmamalıdır. Çünki, o da vaxtilə Serjikə kargüzarlıq edən dövrlərdə “müti bir qul kimi” tanınıb.

Ağasəf Babayev

Digər xəbərlər