Hollandiyada dünən gecədən etibarən təsirli olan “Korri” fırtınası səbəbindən evlərin damları uçub, dalğaların sürüklədiyi yük gəmisi neft tankeri ilə toqquşub. SİA xarici mətbuata istinadən bildirir ki, Hollandiyada təsirli olmağa başlayan Korri fırtınası bütün ölkəyə mənfi təsir edib. Evlərin damları uçub, ağaclar maşınların üzərinə aşıb, ölkədə nəqliyyat dayanıb.
Sürəti saatda 120 kilometrə çatan tufan böyük dağıntılara səbəb olub. Fırtına səbəbi ilə 260 reys ləğv edilib, nasazlıq səbəbindən Haarlem və Leiden şəhərləri arasında qatar səfərləri həyata keçirilə bilməyib.
Şəhərin şimal sahillərində 6 metrə qədər yüksələn dalğalar nəticəsində limandakı gəmilər sürüklənib. "Julietta D" adlı yük gəmisi limandan 32 kilometr uzaqlaşaraq "Pechora Star" neft tankeri ilə toqquşub.
Qeyd edək ki, qəza nəticəsində neft tankeri zədələnsə də Hollandiya sahil mühafizəsi qayıqdakı heyəti xilas edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...