Mali hakimiyyəti rəsmi Parisin keçid hökuməti ilə bağlı “düşməncəsinə və qəzəbli” davranışından sonra Fransa səfirinə ölkəni tərk etməsi üçün 72 saat vaxt verib.
SİA xəbər verir ki, bu barədə “Reuters” xəbər verib.Fransanın xarici işlər naziri Jan-İv-Le Drian cümə günü deyib ki, iki çevrilişdən sonra Qərbi Afrika dövləti ilə onun avropalı tərəfdaşları arasında gərginliyin artması fonunda Mali xuntası “nəzarətdən çıxıb”. O, həmçinin xuntanı qeyri-qanuni adlandırıb. Fransanın müdafiə naziri Florens Parli isə bildirib ki, qiymət çox baha olarsa, fransız qoşunlar Malidə qalmayacaq.“Fransanın Bamakodakı səfiri çağırılıb və Fransa xarici işlər nazirinin son düşmənçilik, təhqiramiz şərhindən sonra 72 saat ərzində ölkəni tərk etməsi barədə hökumətin qərarı barədə məlumatlandırılıb”, – hökumətin bəyanatında deyilir.Rəsmi Paris hələlik bununla bağlı heç bir şərh verməyib.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...