Pentaqon yaxın günlərdə Avropaya əlavə 2000 hərbçi göndərəcək. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi brifinqdə bildirib.
“ABŞ tezliklə Rumıniya, Polşa və Almaniyaya əlavə qüvvələr göndərəcək”, deyə Kirbi qeyd edib.
Kirbi hərbi personalın bölgəyə “daimi olmayaraq” göndərildiyini, bu tədbirin regiondakı Amerika müttəfiqlərinə dəstək məqsədi daşıdığını vurğulayıb.
"Bu, hazırkı vəziyyətə reaksiyadır, göndərilmiş bölmələr Ukraynada döyüşməyəcək", deyə o bildirib.
Onun sözlərinə görə, bu qüvvələr NATO-nun deyil, ABŞ-ın komandanlığı altında olacaq.
Kirbi yaxın vaxtlarda Avropaya əlavə qüvvələrin göndərilə biləcəyini də istisna etməyib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...