PDF Oxu

Dünya

  • 2 422

Vəziyyət NATO-nun mövcudluğunu gücləndirməyi tələb edir PENTAQON BƏYAN EDİB

Vəziyyət NATO-nun mövcudluğunu gücləndirməyi tələb edir PENTAQON BƏYAN EDİB

Ukrayna ətrafındakı vəziyyət NATO-nun şərq cinahda hərbi mövcudluğunu artırmasını tələb edir. SİA xəbər verir ki, bu sözləri Pentaqonun sözçüsü Con Kirbi çərşənbə günü keçirdiyi brifinqdə deyib.

"Mövcud vəziyyət bizdən NATO-nun şərq cinahının çəkindirmə və müdafiə imkanlarını gücləndirməyi tələb edir", deyə Kirbi bildirib.

O, "yaxın günlərdə" ABŞ qoşunlarının Avropaya göndərilməsi planları barədə mətbuatda yayılan xəbərləri də təsdiqləyib.

Xatırladaq ki, Kiyev və Qərb dövlətləri bu yaxınlarda Rusiyanın Ukrayna sərhədləri yaxınlığında "aqressiv hərəkətlərinin" artması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Moskva dəfələrlə bu cür ittihamları rədd edərək, heç kimi təhdid etmədiyini və heç kimə hücum etmək niyyətində olmadığını bildirib və qeyd edib ki, “Rusiya təcavüzü” iddiaları Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikası yerləşdirmək üçün bəhanə kimi istifadə olunur.

Digər xəbərlər