Böyük Britaniya, Almaniya və Fransa Koreya Xalq Demokratik Respublikasını (KXDR) davam edən ballistik raket sınaqlarını pisləyib və Pxenyanı ABŞ-la danışıqlara qayıtmağa çağırıb.SİA xəbər verir ki, bu barədə üç ölkənin birgə bəyanatında deyilir.Sənəddə deyilir: “Biz həm regional, həm də beynəlxalq səviyyədə təhlükəsizliyə və sülhə xələl gətirən, eləcə də BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi bir sıra qətnamələrin açıq-aşkar pozulması olan bu təxribatçı hərəkətləri qətiyyətlə pisləyirik. KXDR-i Təhlükəsizlik Şurasının qərarını həyatda tam şəkildə yerinə yetirmək, Birləşmiş Ştatların dialoqa dair təkrar çağırışlarını qəbul etmək üçün konkret addımlar atmağa dəvət edirik”.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...