PDF Oxu

Dünya

  • 2 357

Qozbelin istəyi...

Qozbelin istəyi...

...Deyirlər, paxıllıq ilk öncə gözlərdən başlasa da, daha sonra hərəkətlərdən və danışıqlardan bəlli olur.
...Bir də deyirləd ki, paxıllıqdan betər dərd, yandırıcı od ola bilməz. Belə ki, paxıl adam heç vaxt rahatlıq tapmır; öz kədəri və başqalarının fərəhi ona dərd olur, qəlbini yeyir...

Deyəsən, bir az fəlsəfi oldu axı... Nə isə, keçək mətləbə...

...Deməli, bəzi ermənilərin dediyinə görə, hazırda hakimiyyət yalançı sülh təbliğatı aparsa da, amma İrəvanda rəyi soruşulan erməni əhlinin coxu Türkiyə və Azərbaycanın Ermənistan üçün “ekzistensial təhlükə olduğunu” bildiriblər. Maraqlıdır ki, bunları əsas tutan türkoloq Varujan Qeqamyanın fikrincə,.. məhz buna görə də bu gün erməni müxalifəti daha çox bu sahədə işləyib siyasi qərarların qəbulunda bu çoxluğun rəyinə üstünlük verməlidir.

Qeyd edilməlidir ki, yenə də bəzi ermənilərə görə, bu günkü real müxalifətin Nikol Paşinyandan nə tələb etməsi böyük önəm kəsb edir. Doğrudur, hazırda Nikol bəzi “para-pura” işlərlə, məsələn, xirda istefaya göndərmələr, hansısa nazirə “xox” gəlməklə gündəmdə qalmağa can atsa da, amma müxalifətin elə bir fəal fəaliyyəti də sezilmir.

Bu gün ermənilərin dediklərinə inansaq, belə məlum olur ki, guya hazırda sistem böhranının yeganə həlli yolu kimi Paşinyanın istefası və ölkəni xaosdan və davamlı məğlubiyyətlərdən çıxarmağa çalışacaq müvəqqəti hökumətin formalaşdırılması ilə məşğuldur. Ona görə də, vəziyyətin minimum sabitləşməsindən, yəni bir ildən sonra yeni parlament və hökumətin formalaşdırılmasının məqsədəuyğunluğu məsələsinə baxıla bilər. Üstəlik, gələcək hökumət heç bir halda, bugünkü Nikol kimi, təkpartiyalılığa əsaslanmamalıdır.

Məsələ bundadır ki, “...2021-ci ildə növbədənkənar seçkilər zamanı bəzi müxalifətçilərin aşağı düşmüş reytinqindən istifadə edən Paşinyan özünün mövcud olmayan reytinqini süni şəkildə artırmağa nail oldu. Ancaq bu dəfə, hər gün, hər həftə vəzifədə ona itirilmiş səs bahasına başa gəlir və hakimiyyət dəyişikliyi nə qədər uzansa, Paşinyan üçün bir o qədər ağrılı ola bilər”.

Bildirək ki, bunu erməni mətbuatı yazır.

Yenə də maraqlıdır, görən, bütün bunları tirajlayıb “Nikol hökumətini nüfuzdan salmaqda” məqsəd nədir. Qeyd edək ki, hər şeydən əvvəl ermənilər atrasında birtərəfli qarşılanmayan Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolu xətti...

Məsələn ermənilərə görə, “... Ermənistan üçün guya bu dəmir yolunun açılması onların dövlət və milli maraqlarının sonunu gətirəcək”. Bunu da erməni mətbuatı yazır.

Yeri gəlmişkən xatırladaq ki, bir müddət bundan əvvəl etmənilərin iqtisadiyyat naziri Vahan Kerobyan regionda nəqliyyat kommunikasiyalarının açılacağı təqdirdə Ermənistanda ÜDM-ni 30 faiz artırmağa imkan verəcəyini bildirmişdi. Təbii ki, bu ac-yalavac bir ölkə üçün gözəl bir göstərici kimi qəbul edilə bilərdi. Qeyd edək ki, ermənilər arasında Kerobyan bu təklifini qəbul edib təqdir edənlərin sayı da xeyli artmışdı. Lakin sonradan bu fikrin erməni nazirlər arasında ...ciddi qəbul etmək mümkün olmayan bir məmur tərəfindən səsləndirildiyini əsas gətirərək, tez də unutdular.

Bu arada...ötən gün, öz “iqtisadiyyatının artım tempini” Gürcüstan iqtisadiyyatının artım tempi ilə müqayisə edən erməni iqtisadçı Suren Parsyan həsədlə gürcülərin ikirəqəmli iqtisadi artım əldə etdiklərini bildirib. Əslində, bu həsəd yox, paxıllıqdır, əsil erməni paxıllığı. Təbii ki, hazırkı məqamda da əlindən yalmanmaqdan başqa bir şey gəlməyən ermənilər, yuxarıda dediyim kimi, paxıllıqdan rahatlıq tapa bilmirlər...

Bu dəfə də yeri gəlmişkən deyəcəm...

...Deməli bir gün bir qozbeldən “belindəki qozun” götürülməsini istəyirsənmi, deyə sual edirlər. Bilirsiniz qozbel nə cavab verir...Deyir ki, belimdəki qozun götürülməsini yox, hamının mənim kimi qozbel olmasını istəyirəm.

Ağasəf Babayev

Digər xəbərlər