Rusiyanın İrlandiyadakı səfiri Yuri Filatov İrlandiya Parlamentinin Aşağı Palatasının Beynəlxalq Siyasət və Müdafiə üzrə Birgə Komitəsinin iclasında çıxış edərək Rusiyanın xarici siyasətinin əsas istiqamətlərini açıqlayıb. SİA xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyasının informasiyasında deyilir.
"Səfir Rusiyanın ABŞ və NATO ilə təhlükəsizlik zəmanətləri ilə bağlı hüquqi qüvvəyə malik müqavilələr bağlamaq təşəbbüsü barədə parlamentariləri ətraflı məlumatlandırıb, Ukrayna ətrafında mövcud vəziyyətlə bağlı Rusiyanın qiymətləndirmələrini açıqlayıb. Müzakirələr zamanı müzakirələrin zəruriliyi ilə bağlı ümumi rəy bildirilib”, deyə informasiyada bildirilir.
Xatırladaq ki, Rusiya dəfələrlə Qərbin və Ukraynanın “aqressiv hərəkətlər”lə bağlı ittihamlarını rədd edib, heç kəsi təhdid etmədiyini və heç kimə hücum etmək fikrində olmadığını bəyan edib, qeyd edib ki, “Rusiyanın təcavüzü” ilə bağlı bəyanatlar NATO-nun Rusiya sərhədləri yaxınlığında daha çox hərbi texnika yerləşdirmək üçün bəhanə kimi istifadə olunur. Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl qeyd edib ki, Qərbin “Rusiya təcavüzü” və Kiyevə özünü ondan müdafiə etməkdə köməklik etmək ehtimalı ilə bağlı bəyanatları həm gülünc, həm də təhlükəlidir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...