PDF Oxu

Dünya

  • 1 619

Fernades Argentinanın Rusiyaya borclu olduğunu bildirib

Fernades Argentinanın Rusiyaya borclu olduğunu bildirib

Sputnik V koronavirus peyvəndinin tədarükünə görə Argentina Rusiyaya borcludur. SİA xəbər verir ki, bu sözləri Cənubi Amerika ölkəsinin prezidenti Moskvada Vladimir Putinlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"Argentina Rusiya Federasiyasına borcludur, çünki Argentinanın koronavirusa qarşı peyvəndi almasını təmin edən ilk ölkə Rusiya olub. Bu yardımla biz Rusiyanın Sputnik peyvəndini əldə etmək imkanı qazandıq və bunun sayəsində də pandemiyanın vətəndaşlarımıza təsirini azalda bildik”, deyə president Fernandes bildirib.

Putinin danışıqlardan əvvəl xatırlatdığı kimi, Argentina Qərb yarımkürəsində Sputnik V peyvəndini qeydiyyatdan keçirən ilk ölkə olub və buna görə o Fernandesə təşəkkür edib.

Rusiya lideri vurğulayıb ki, bir çox qlobal və regional məsələlərdə Moskva və Buenos-Ayresin mövqeləri yaxın və ya üst-üstə düşür. Hər iki ölkə beynəlxalq hüququn aliliyi, suverenlik, müstəqillik və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini müdafiə edir.

Digər xəbərlər