PDF Oxu

Dünya

  • 2 054

İran və İraqın xarici işlər nazirləri telefonla danışıblar

İran və İraqın xarici işlər nazirləri telefonla danışıblar

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və iraqlı həmkarı Fuad Hüseyn Yəməndəki müharibə və Tehran-Riyad (Səudiyyə Ərəbistanı) danışıqlarını müzakirə ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Abdullahiyan ilə İraqın xarici işlər naziri Hüseyn arasında telefon danışığı olub.

Telefon söhbətində Yəmən müharibəsi, Tehran və Ər-Riyad arasında aparılan danışıqlar və nüvə danışıqları müzakirə edilib.

İraqın xarici işlər naziri F. Hüseyn görüşdə Tehran və Ər-Riyad arasında danışıqların davam etdirilməsinin vacibliyini vurğulayaraq, bunun regionun təhlükəsizliyi və sabitliyinə müsbət təsir göstərdiyini bildirib.