PDF Oxu

Dünya

  • 1 932

Partlayıcı maddələr səbəbindən keçən il 52 uşaq həyatını itirib

Partlayıcı maddələr səbəbindən keçən il 52 uşaq həyatını itirib

İraqda müharibə qalıqları silah-sursatlar səbəbindən keçən il 52 uşağın həyatını itirdiyi, 73 uşağın isə əlil olduğu bildirilib.

SİA xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) İraq Nümayəndəliyi müharibədən qalan sursatların uşaqlara təsiri ilə bağlı bəyanat yayıb.

Bəyanatda 2021-ci ildə müharibədən qalan partlayıcı maddələr səbəbindən 52 uşağın həyatını itirdiyi, 73 uşağın isə əlil olduğu bildirilib.

Müharibə qalıqlarının artan təsirinin azaldılması üçün daha güclü səylərə ehtiyac olduğunu bildirərək, İraqda müharibə qalıqları səbəbindən uşaqlar arasında ölüm və əlillik hallarının 2020-ci ilə müqayisədə 67 faiz artdığı qeyd edilib.