Amerika Birlәşmiş Ştatları hәrbçilәrinin Suriyanın şimal-qərbindəki İdlib şәhәrindә hәyata keçirdiyi əməliyyat nәticәsindә aralarında uşaq və qadınların da olduğu 9 nəfər həyatını itirib.
SİA xəbər verir ki, ABŞ-ın bir ‘‘F-16’’ tipli döyüş təyyarəsi və bir helikopterlә həyata keçirdiyi əməliyyat Türkiyə vaxtı ilə saat 00:30 radələrində başlayıb.
ABŞ əsgərlərinin açdığı atəş nəticəsində ətrafdakı evlərə də ziyan dəyib.
Bölgәdә axtarış-xilasetmә әmәliyyatları aparan ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatı әmәliyyat zamanı aralarında uşaq və qadınların da olduğu 9 nəfərin öldüyünü açıqlayıb.
Bölgədəki mənbələr ABŞ əsgərlərinin әmәliyyatı DEAŞ terror təşkilatının ən çox axtarılan liderlərinә qarşı keçirmiş ola bilәcәyini bildirir.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi mövzu ilə bağlı verdiyi açıqlamada hәrbi əməliyyatın uğurla yekunlaşdığını deyib.
Kirbi ABŞ hәrbçilәrinin әmәliyyat zamanı zәrәr görmәdiyini vurğulayıb.
Sözçü әmәliyyat zamanı kimin vә ya hansı qruplaşmanın hәdәf alındığı ilә bağlı mәlumat vermәyib.
ABŞ DEAŞ terror təşkilatının lideri Əbubəkir əl-Bağdadinin 2019-cu ilin oktyabrında İdlibdə keçirilən analoji əməliyyatda öldürüldüyünü açıqlamışdı.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...