Bu barәdә ‘‘Dawn’’ internet sәhifәsinin yaydığı mәlumatda bildirilib
Pakistanın cәnub-qәrbindәki Bәlucistan әyalәtindә silahlıların orduya mәxsus iki obyektә dünәn tәşkil etdiyi hücumdan sonra baş verәn qarşıdurma nәticәsindә 4 hәrbçi hәlak olub.
SİA xəbər verir ki, bu barәdә ‘‘Dawn’’ internet sәhifәsinin yaydığı mәlumatda bildirilib. Mәlumata әsasәn, ölkәnin daxili işlәr naziri Sheikh Rashid Әhmәd silahlı şәxslәrin ordunun Banjqur bölgәsindәki iki obyektinә hücum etdiyini bildirib. Pakistan DİN rәhbәri baş verәn qarşıdurma nәticәsindә 6 silahlının öldürüldüyünü bildirmişdi.
Әhmәd tәcavüzkarların dünәn Nauşki bölgәsinә sızmağa cәhd göstәrdiklәrini vә baş verәn qarşıdurmada 4 hәrbçinin hәlak olduğu deyib. O, qarşıdurma zamanı hәmçinin 8 tәcavüzkarın öldürüldüyünü vә Pakistan ordusunun möhtәşәm zәfәr әldә etdiyini bildirmişdi.
Qeyd edәk ki, Bәlucistan Qurtuluş Ordusu hücumlara görә mәsuliyyәti öz üzәrinә götürmişdi.
Keçәn hәftә Bәlucistan әyalәtinin Kech bölgәsindәki tәhlükәsizlik mәntәqәsinә tәşkil edilәn hücum nәticәsindә 10 hәrbçi hәlak olmuşdu.
Bәlucistandakı separatçı qruplaşmalar vaxtaşırı hәrbçilәrә vә mülki vәtәndaşlara hücum edir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...