PDF Oxu

Dünya

  • 1 638

Ermənistan Nikolun yox, Ankaranın nəzarətindədir..?

Ermənistan Nikolun yox, Ankaranın nəzarətindədir..?

...Nəzərə alın ki, bu gün artıq bir çox hörmətli ermənilər xalqa nəyisə başa salmaqdan, televiziyalara çıxmaqdan, mitinqlərə gəlməkdən əl çəkiblər. Belə görünür ki, artıq bunların heç bir mənası yoxdur. İndi onlar susurlar, əl yelləyib gedirlər, yəni, onların bu hərəkətlərindən belə təəssürat yaranır ki,.. ey böyük erməni xalqı, artıq kiminlə, necə istəyirsən, elə də yaşa...

Bizim(?) baş nazirimiz Nikol Paşinyan isə, belə görünür ki, bundan ancaq böyük həzz alır... Çünki belə insanlar, adətən, heç nəyə əhəmiyyət vermirlər. Reallıq isə Nikolun artıq Ermənistanda "hər şeyə qadir biri"nin olduğunu ortaya qoymaqdadır. Belə görünür ki, o da hər şeyə qsdir olduğunu,.. deyəsən, artıq amlamağa başlayıb.

Bizim "oyanmağımıza" gəlincə, hə...burada proqnozlar çox tutqundur. Doğrudur, buna "fəryad" edən və ya etmək istəyən ermənilər özləri də bunun mənsız olduğunu yavaş-yavaş anlamağa başlayırlar.

O gün Ermənistanın xarici işlər nazirliyinin sözçüsü Vahan Unanyan qırmızı-qırmızı... və hətta utanmadan Nikolun Türkiyədə keçiriləcək forum da iştirakının müzakirə olunmadığını deyərək erməni xalqına yalan satır. Ondan iki gün sonra nazirin özü Ararat Mirzoyan da Nikolun foruma gedəcəyi ilə bağlı yekun qərar qəbul edilmədiyini deyir. Amma gün kimi aydındır ki, o da yalan danışır. Çünki, nazir kimi Mirzoyan da Nikolun Ermənistanda "hər şeyə qadir" və Türkiyəyə getməyə "israrlı" olduğunu bilir.

Qeyd edilməlidir ki, hazırda Ermənistanda bəzi ermənilər hakimiyyətin "Türkiyə ilə yaxınlaşmanı" Nikolun böyük nailiyyəti kimi təqdim etməyə çalışmasını qəbul etmirlər. Onlara görə, Ermənistandakı bütün prosesə nəzarət edən Ankaradır. Məhz ona görə də, Nikolun hazırda nə deyib, deməməsindən asılı olmayaraq, o Türkiyədəki foruma qatılmağa, bir növ, "məhkumdur".

Yeri gəlmişkən, Türkiyəyə təyyarə reysləri fəaliyyətə başlyandan artıq ermənilər, daha çox da erməni qadınları Rusiyanın yolunu yaddan şıxarmağa başlayıblar. Deyilənə görə, Ermənistan bazarları türk malları ilə "tığ" vurub? Bunun İrəvan ermənilərini də qane etdiyini deyənlər var.

Amma...qane olmayan ermənilər də az deyil. Onlar əsas da gətirirlər- bəs, günü-gündən çiçəkləndiyi deyilən Ermənistan iqtisadiyyatı nə vaxt gül açıb bar verəcək?

Onu da qeyd edək ki, o gün iqtisadçı ekspert Qrant Mikaelyan erməni telekanallarının birinə verdiyi açıqlamada Türkiyənin Ermənistan üçün iqtisadi ekspansiyasının riski adlandırıb.

Amma ermənilər üçün daha maraqlısını isə ölkənin iqtisadiyyat naziri Vahan Kerobyan səsləndirib. Belə ki, o Türkiyə vətəndaşlarının artıq Ermənistanda daşınmaz əmlak və şirkətlər aldığını təsdiqləyib.

Bu arada bildirək ki, ermənilərin hər sadə bir məsələyə öz prizmalarından baxmaları, təbii ki, çoxlarına bəllidir. Belə ki, onlar hər balaca bir məsələdə böyük təfərrüat axtarmağı xoşlayırlar. Deyilənə görə, bu da onların genindən gələn bir şeydir.

Məsələn, iqtisadçı ekspert Mikaelyanı türklərin Ermənistan iqtisadiyyatına sərmayə qoymaq, işçi götürmək və onlara maaş vermək istəməsi tam qane edir.

Amma o da əksər xoflu ermənilər kimi, türklərin bu xoş niyyətlərində "siyasi komponent" ola bilməsindən ehtiyatlanır. Belə ki, hər şeyə erməni gözü ilə baxan Mikaelyana görə, əgər bunlar baş verməzsə, onda türklərin Ermənistana investisiyalar yatırmalarına "icazə verilə bilər".

...Yəni doğrudanmı, Türkiyə ilə münasibətlərin qurulmasını Nikolun "böyük nailiyyəti" kimi qəbul etməyən ermənilər, hələ də bunun Ankaranın nəzarətində olduğunu israr edirlər?

Ağasəf Babayev

Digər xəbərlər