Tunisin Şafaks əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan gəmi aşıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, hadisə Şafaks əyalətinin sahillərində baş verib. Aşan gəminin göyərtəsində olan qeyri -qanuni miqrantlardan 163-ü ölkə dəniz mühafizəçilərinin əməliyyatı nəticəsində sağ xilas edilib. onların arasında 9 qadın və 16 uşaq olub.
Qeyd edək ki, Tunis və Liviya kimi Afrikanın şimalındakı ölkələr, Aralıq dənizi vasitəsilə qeyri-qanuni yollarla Avropaya çatmaq istəyən miqrantlar üçün çıxış nöqtələri olaraq bilinir. Hər il minlərlə qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Avropaya getmək üçün Afrikadan Aralıq dənizinə üz tutur. Mühacirlərin bir qismi Avropaya çata bilsə də, bəziləri dənizdə ölür.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...