PDF Oxu

Dünya

  • 1 636

Bıçaqla maşınların təkərini kəsdi

Bıçaqla maşınların təkərini kəsdi

İstanbulda park edilmiş 10 avtomobilin təkərini bıçaqla kəsən şübhəli polisin təqibi nəticəsində yaxalanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İstanbulda baş verən hadisədə küçə sakinləri səhər saatlarında park etmiş avtomobillərinin təkərlərinin kəsildiyini görüblər.

Təhlükəsizlik kamerasını araşdıran polis qrupları, şübhəlini təyin edib. Nəzarətə alınan Yılmaz həyat yoldaşı ilə boşanma prosesində olduğu, psixoloji problemləri olduğu və hadisə baş verən gün spirtli içki də qəbul etdiyi üçün park edilmiş nəqliyyat vasitələrinin təkərlərini kəsdiyini bildirib.

Digər xəbərlər