Tokionun Haneda hava limanında ən azı 180 daxili uçuş təxirə salınıb.SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "NHK" televiziya kanalı xəbər verib.Məlumata əsasən, buna səbəb, proqnozlara görə, fevralın 10-da günortadan sonra gözlənilən güclü qar olub."JR" dəmir yolu şirkəti öz növbəsində Tokionu dağlıq Naqano və Yamanaşi prefekturaları ilə birləşdirən ekspress qatarların hərəkətini dayandırıb.Sinoptiklərin proqnozlarına görə, Tokioda qar örtüyünün hündürlüyü 5 sm-ə qədər çata bilər. Həmçinin Yamanaşi prefekturasına 30 sm-ə qədər qar yağacağı gözlənilir.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...