PDF Oxu

Dünya

  • 2 662

Afrika Buynuzunda 13 milyon insan aclıq təhlükəsi ilə üzləşib

Afrika Buynuzunda 13 milyon insan aclıq təhlükəsi ilə üzləşib

Afrika Buynuzunda son 40 ilin ən quraq mövsümü yaşanır.SIA-nıən xəbərinə görə, materikin şərqində yerləşən və böyük qismi Somalinin, az hissəsi isə Efiopiyanın tərkibinə daxil olan yarımadada təxminən 13 milyon insan aclıqla üz-üzədir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatına görə, Efiopiya və Somali ilə yanaşı, Keniya da vəziyyət çox kritikdir. Qurumdan verilən məlumatda, yağış mövsümünün istənilən səviyyədə olmamasının bölgədə qıtlığa gətirib çıxardığı deyilir. Əkinçilik və heyvandarlıqla məşğul olan ailələr susuzluq və yem çatışmazlığı səbəbindən yaşadıqları ərazini tərk etməli olurlar. “Növbəti 6 ayda 5 milyona yaxın insana ərzaq yardımı etmək üçün təxminən 327 milyon dollar lazımdır” – qurumdan belə bildirilib.Xatırladaq ki, 2011-ci ildə müşahidə edilən quraqlıq mövsümü Somalidə təxminən 250 min insanın ölümü ilə nəticələnmişdi.

sia.az

Digər xəbərlər