PDF Oxu

Dünya

  • 1 637

“Bunlar Nikolu gözü götürməzlikdən irəli gəlir...”

“Bunlar Nikolu gözü götürməzlikdən irəli gəlir...”

...Amma, maraqlıdır, deyim ki, bunlar yenə də özlərini o yerə qoymaq istəmirlər.

Məsələn, o gün Ermənistanın keçmiş baş naziri olmuş Qrant Baqratyan, “bu gün dərin iqtisadi, hüquqi, sosial və hərbi-siyasi böhran içində olan ölkənin” əldən getdiyini deməklə, guya “həyacan təbili çaldığını” bildirir. Amma hakimiyyət səlahiyyətlisi, ölkənin iqtisadiyyat naziri Vahan Kerobyan “narahatçılığa heç bir əsas olmadığını” deyərək erməniləri sakitliyə çağırır. Yəqin belə bir çağırışla bulunmaqda... nəsə bilir. Görünür, yaxınlarda “yeni, orjinal ideyalarıyla” yenidən xalq qarçısına çıxacaq.

Əslində, mən bunu elə belə, havadan demirəm,.. özünüz düşünün, vaxtilə iranlı turistləri koronavirusa qarşı peyvənd etmək adıyla Ermənistana cəlb etmək kimi “ağıllı və möhtəşəm bir ideya” kimin ağlına gələrdi?

Təbii ki, indi bunları xatırlayıb xırda təfərrüratlara varmaq elə də vacib deyil. Vacib olanı odur ki, bu gün Ermənistan hələ ki,“ayaqdadır”. İndi əksər dövlətlərin koronavirusla bağlı məhdudiyyətləri aradan götürməyə başlaması, Kerobyanın gələcək planlarını əngəlləsə də, amma onun yaxınlarda Ermənistanın gələcək inkişafına töhfə verəcək yeni ideyalarla çıxış edəcəyi də istisna edilmir.

Sadəcə, ona mane olmaq lazım deyil. Amma həmişə belə olmur. Məsələn o gün ermənilərin Statistika komitəsi məlumat yayaraq 2021-ci ildə Ermənistanın dövlət borcunun daha 1 milyard 257 milyon dollar artdığını bildirib.

Əslində, buna görə təkcə Kerobyanı günahlandırmaq düzgün olmaz. Gərək ki, ermənilər xatırlamış olar, o hələ ötən il Ermənistanda turizmin inkişafına böyük töhfə verəcəyinə, ümumiyyətlə ölkəyə gələn turist artımını 319 faizə çatdıracağına söz vermişdi. Hə, indi...onda alınmasa da, bu dəfə yəqin ki, alınar. Ümumi dövlət borcuna əlavə olunn 1 milyard 257 milyon dollara gəlincə isə...elə də narahat olmağa dəyməz, yəni bu il ölkəyə gələn turistlər onu da qapadarlar.

“...2021-ci ildə Ermənistanı 73571 vətəndaş tərk edib. XXI əsrdə heç vaxt belə bir temp olmamışdı. İşsizlik səviyyəsi yeni iş yerləri hesabına yox, ölkədən işsizlərin miqrasiyası hesabına aşağı düşüb”. Başa düşmək olmur, bunları deməkdə sabiq baş nazir Qrant Baqratyanın məqsədi nədir. Məgər o bununla ermənilər arasında ixtişaş yaratmaq üçün “körük basdığını” bilmirmi?

Qeyd edək ki, o hətta bununla da dayanmır, bu il ölkədə öz əcəli ilə ölənlərin, evlənib sonradan boşananların, daha nə bilim intihara cəhd, oğurluğa meyl edənlərin sayının xeyli artdığını da bildirir. Baqratyan ölkədə cinayətkarlıqla bağlı dəqiq faktlar da göstərməkdən çəkinmir. Onun dediyindən belə başa düşülür ki, guya Hikol ermənilərin baş naziri olandan bəri ölkədəki cinayətkarlıq 49 faiz artıb. Yenə də...guya hakimiyyət ölkədəki cinayətkarlığa qarşı mübarizəni nə qədər gücləndirsə, vəziyyət bir o qədər də pisləşib.

Cinayətkarlıq demişkən, o gün Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkədə casus şəbəkəsinin ifşası barədə yeni bir məlumat da yayıb. Belə ki, xidmətin yaydığı məlumata görə, hərbi əks-kəşfiyyatın həyata keçirdiyi tədbirlər sayəsində xarici xüsusi xidmət orqanlarının Ermənistan ərazisində kəşfiyyat şəbəkəsi yaratması ilə bağlı faktiki məlumatlar əldə edilib. Sən demə, ifşa edilənlər Ermənistan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və xarici təhlükəsizliyinə zərər vurmaq istəyirmişlər ki, bunun da qarşısı vaxtında alınıb.

Bəs, Nikol və onun ətrafını “biabır” etməyi öhdəlik kimi qarşısına məqsəd qoyan Baqratyan niyə hökumətin bu uğurlu fəaliyyəti ilə bağlı danışmaq istəmir? ...Belə görünür ki, hökumətin bu “uğurlu fəaliyyəti” ilə bağlı biz deməsəydilk, heç kim də heç nə bilməyəcəkdi. Əslində bunlar hamısı Nikolu gözü götürməzlikdən irəli gəlir.

...Təbii ki, belə bir böyük cinayət işinin qarşısının alınmasında 49 faizlik “xırda cinayətkarlıq” nədir ki?

...Amma deyim ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ölkədəki casus şəbəkəsinin ifşası ilə dediklərinə ermənilərin çoxu hələ də inanmaq istəmirlər.

Ağasəf Babayev

Digər xəbərlər