İraqın elektrik enerjisi naziri Adil Kərim dövlət telekanalına müsahibəsində ölkəsindəki elektrik enerjisi çatışmazlığı barədə danışıb.
SİA-nın əldə etdiyi məlumata görə, nazir Kərim qeyd edib ki, xroniki elektrik kəsintiləri problemini həll etmək üçün Türkiyədən 500 meqavat elektrik enerjisi idxalını planlaşdırırıq.
İraqda adekvat elektrik xidməti təmin etmək üçün Qətərdən qaz idxalına dair danışıqlar apardıqlarını, Səudiyyə Ərəbistanı ilə də enerji (elektrik) müqaviləsi imzaladıqlarını ifadə edən Adil Kərim, İordaniya ilə İrdaq arasında çəkilən elektrik axını xəttinin bir il ərzində tamamlanacağını, elektrik xidmətindəki çatışmazlıqların aradan qaldırılması üçün Türkiyədən də dəstək alacaqlarını vurğulayıb.
Qeyd edək ki, İraq illərdir elektrik enerjisi çatışmazlığı ilə mübarizə aparır. Ölkənin bir çox yerlərinə gündə orta hesabla cəmi 3-5 saat elektrik enerjisi verilir. İllərdir ki, iraqlılar elektrik enerjisini məhəllədəki generatorlardan ödənişli və məhdud miqdarda alırlar. Bu da ölkədə ətraf mühitin çirklənməsinə və xəstəliklərin artmasına səbəb olur.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...