Isveç Ukrayna ilə yeni əməkdaşlıq strategiyası çərçivəsində növbəti yeddi il ərzində ona hər il 22 milyon avro ayıracaq.SİA xəbər verir ki, bunu İsveçin beynəlxalq inkişaf və əməkdaşlıq naziri Matilda Ernkrans Ukrayna baş nazirin müavini İrina Vereşçuk ilə görüşdən sonra keçirilən brifinqdə bildirib.“Biz həm əməkdaşlıq proqramı çərçivəsində, həm də humanitar dəstək çərçivəsində dəstək verəcəyik. İsveç hökuməti Ukrayna ilə yeni əməkdaşlıq strategiyası barədə qərar qəbul edib və bu strategiyaya əsasən, 7 il ərzində Ukrayna hər il islahatlar üçün təxminən 22 milyon avro alacaq”, – deyə Matilda Ernkrans əlavə edib.Nazirin sözlərinə görə, bu yardım Ukraynada dayanıqlı iqtisadiyyatın və davamlı cəmiyyətin inkişafına töhfə verəcək.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...