SİA xəbər verir ki, bu barədə Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe bildirib.
Onun sözlərinə görə, Liviyada seçkilərin keçirilməsi ilə bağlı ölkədə müxtəlif qüvvələrlə məsləhətləşmələr aparılır.
Dibeybe Tobrukdakı Nümayəndələr Palatasının (parlament) keçmiş daxili işlər naziri Fəthi Başağının Liviya Nazirlər Kabinetinin yeni rəhbəri seçilməsi ilə bağlı qərarını da şərh edib.
O, əhalini Tobrukdakı Nümayəndələr Palatasının mövqeyini pisləməyə çağırıb.








