NASA 2025-ci ildə astronavtları Aya endirmək üçün təkrar istifadə edilə bilən “Starship” kosmik gəmisini istehsal etməyi planlaşdırır, İlon Mask isə
Amerika kosmik gəmi və raket istehsalçısı “SpaceX”in qurucusu İlon Mask (Elon Musk) uzun müddətdir inkişaf etdirilən “Starship” kosmik gəmisinin 1-2 aya hazır olacağını açıqlayıb. O, iki ildən artıqdır üzərində işlədiyi “Starship” layihəsinin uğur qazanacağına və orbitə çıxacağına əmin olduğunu bildirib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Texasdakı kosmodromda 119 futluq raketi yoxlayan iş adamı sözügedən mövzu ilə bağlı deyib: "Bu, həqiqətən qəliz bir vasitədir. Onun həqiqətən real olduğuna inanmaq çətindir."
Qeyd edək ki, “Starship”in ilk sınağı 2021-ci ilin may ayında edilib. 10 kilometrə çatan nəhəng raket möhkəm və dayanıqlı şəkildə enə bilib.
NASA 2025-ci ildə astronavtları Aya endirmək üçün təkrar istifadə edilə bilən “Starship” kosmik gəmisini istehsal etməyi planlaşdırır. İlon Mask isə Marsda şəhər qurmaq, orada avadanlıq və insanları aparmaq üçün ulduz gəmilərindən ibarət donanma yerləşdirməyi düşünür.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...