Norveç hökuməti Litvada mövcud hərbi kontingentini gücləndirmək niyyətindədir.SİA xəbər verir ki, müvafiq qərar haqqında məlumat Norveç Hökumətinin saytında yerləşdirilib.Norveçin müdafiə naziri Odd Roger Enoksenin sözlərinə görə, yeni qərarla NATO kontingentinin tərkibində əlavə qüvvələr Litvaya göndərilir və bununla da Baltikyanı ölkələrdə müttəfiq hərbi qüvvələrinin gücü artırılacaq. Bununla da Alyans öz tərəfdaşları ilə bir daha həmrəylik nümayiş etdirəcək. Odd Rocer Enoksen qeyd edib ki, o, Litvada mövcud kontingentin gücləndirilməsini, hazırki vəziyyəti nəzərə alaraq düzgün qərar hesab edir.Nazir qeyd edib ki, Norveç bu məqsədlər üçün NATO-nun Litvada müxtəlif ölkələrindən olan 1000-dən çox əsgərdən ibarət mövcud kontingentə dərhal, əlavə olaraq 50-60 hərbiçi göndərəcək.Qeyd edək ki, 2017-ci ildən Litvada NATO-nun öncül reaksiya hərbi qüvvələri yerləşdirilib.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...