PDF Oxu

Dünya

  • 2 240

Yunanıstan qırıcı təyyarələr alacaq

Yunanıstan qırıcı təyyarələr alacaq

Yunanıstan parlamenti qızğın müzakirələrdən sonra Milli Müdafiə Nazirliyinin "Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi haqqında" qanun layihəsini təsdiqləyib.SİA-nın "TASS"a istinadən verdiyi məlumata görə, qanun layihəsi Yunanıstanın 6 ədəd əlavə "Rafale" qırıcı təyyarəsi, 3 ədəd "Belharra" freqatı və sualtı qayıqlar üçün 44 ədəd torpedanın alması ilə bağlıdır.Məlumata əsasən, qanun layihəsi 300 yerlik birpalatalı parlamentdə 189 yerə sahib olan hakim sağ mərkəzçi Yeni Demokratiya partiyası, müxalif sol mərkəzçi Dəyişiklik Hərəkatı və kiçik müxalif sağçı "Eliniki Lisi" partiyasının deputatları tərəfindən qəbul edilib.

sia.az

Digər xəbərlər