PDF Oxu

Dünya

  • 1 542

Orta Şərqin ən böyük dəniz təlimi başa çatıb

Orta Şərqin ən böyük dəniz təlimi başa çatıb

ABŞ başda olmaqla bir çox ölkənin iştirakı ilə yanvar ayında başlayan Orta Şərqdəki ən böyük beynəlxalq dəniz təlimi "IMX22" Bəhreynin paytaxtı Manamada başa çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığından (NAVCENT) verilən yazılı açıqlamada paytaxt Manamada başlayan təlimdə 60 ölkə və beynəlxalq təşkilatdan 9 min personalın və təxminən 50 gəminin iştirak etdiyi bildirilib.

Açıqlamada təlim çərçivəsində fəaliyyətlərin Fars körfəzi, Ərəbistan dənizi, Oman körfəzi, Qırmızı dəniz və Hind okeanı sularında həyata keçirildiyi, dəniz təliminin Manamada keçirilən mərasimlə yekunlaşdığı bildirilib.

Qeyd edək ki, İsrail dəniz qüvvələrinin sözügedən dəniz təlimində ilk dəfə iştirak etməsi diqqət çəkib.

"IMX22"-nin ilk mərhələsi ABŞ-ın rəhbərliyi ilə İsrail də daxil olmaqla 60 ölkə və beynəlxalq təşkilatın iştirakı ilə yanvarın sonunda Bəhreyndə cavab mərhələsi isə fevralın 12-də Omanda başlayıb.

Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Oman, Misir, İordaniya, Sudan, Mərakeş, Cibuti, Somali, Yəmən və İsrail ilə yanaşı NATO və İnterpolun də iştirak edən ölkə və təşkilatlar arasında yer aldığı təlim 18 gün davam edib.

ABŞ mediasının məlumatına görə, İsraillə rəsmi əlaqələri olmayan Küveyt və Qətər təlimə qatılmayıb.