Məlumata görə, toqquşma və ardınca baş verən güclü partlayış nəticəsində azı 17 nəfər həlak olub.
“Ölənlərin ümumi sayı müəyyənləşməyib, lakin cəmi 17 cəsəd tapılıb”, – deyə xidmətin nümayəndəsi bildirib. O əlavə edib ki, cəsədlər yanaraq tanınmaz hala düşdüyü üçün onların şəxsiyyətini müəyyənləşdirmək çətinləşib.
İlkin məlumata əsasən, insidentə ehtiyatsızlıq və yol hərəkəti qaydalarının pozulması səbəb olub. Bu da baş-başa toqquşmaya və partlayışa gətirib çıxarıb.








