PDF Oxu

Dünya

  • 1 958

"Avropanın cavabı ağır olacaq..."

"Avropanın cavabı ağır olacaq..."

Fransa qondarma "DXR" və "LXR"-in tanınmasını BMT Nizamnaməsinin pozuntusu adlandırıb

Fransanın BMT-dəki daimi nümayəndəsi Nikolas de Riviere Rusiyanın qondarma "Donetsk və Luqansk Xalq Respublikaları" ("DXR" və "LXR") tanınmasını BMT Nizamnaməsini pozuntusu adlandırıb və əlavə edib ki, belə bir addım Avropa tərəfindən sanksiyaların tətbiq edilməsinə səbəb ola bilər.SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Fransa nümayəndəsi bu fikirləri hazırda davam edən BMT Təhlükəsizlik Şurasının Ukrayna ətrafında vəziyyətlə bağlı iclasından əvvəl səsləndirib."Bu, açıq-aydın beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu, 2202 saylı qətnamənin, Minsk razılaşmalarının, BMT Nizamnaməsinin pozulmasıdır. Bu qərarın Avropa tərəfindən nəticələri olacaq, biz sanksiyalar tətbiq edə bilərik", - N. Riviere bildirib.

sia.az

Digər xəbərlər