Beynəlxalq Olimpiya Komitəsi (IOC) bütün idman federasiyalarını Rusiya və Belarusda keçiriləcək bütün yarışları təxirə salmağa və ya ləğv etməyə çağırıb. SİA-nın verdiyi məlumata görə, buna səbəb kimi Ukraynadakı hadisələr göstərilib.
Bildirilib ki, federasiyalar atəşkəs rejiminin pozulmasını nəzərə almalı və idmançıların təhlükəsizliyinə mütləq önəm verməlidirlər. IOC-un özü də bu iki ölkədə hər hansı yarış təşkil etməyi planlaşdırmır.
Həmçinin bütün federasiyalara rəsmi yarışlarda Rusiya və Belarusun dövlət rəmzlərindən istifadə etməmək təklif olunub.
Beynəlxalq Olimpiya Komitəsi Ukraynaya hərbi təcavüz nəticəsində zərər çəkmiş vətəndaşlara dəstəyini ifadə edib.
Qeyd edək ki, daha əvvəl UEFA Çempionlar Liqasının Sankt-Peterbuqrdan alınaraq Fransanın paytaxtı Parisə verilməsi ilə bağlı qərar çıxarıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...