PDF Oxu

Dünya

  • 1 992

İran prezidenti Putinə zəng edib: NATO-nun genişlənməsinin əleyhinəyik

İran prezidenti Putinə zəng edib: NATO-nun genişlənməsinin əleyhinəyik

İran və Rusiya prezidentləri Ukrayna məsələsini müzakirə ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib. O bildirib ki, rəsmi Tehran tərəfləri təmkinli olmağa və danışıqlar masası arxasında oturmağa dəvət edir.
S.Xətibzadə nəzərə çatdırıb ki, nazirlikdə informasiya qərargahı yaradılıb. Bu qərargah Ukraynada baş verən hadisələri diqqətlə izləyir. İran vətəndaşlarının Kiyev və digər şəhərlərdən çıxarılması üçün Ukraynanın Tehrandakı səfirliyi ilə əlaqəli iş aparılır.
Bu fikriləri İranın Prezidenti İbrahim Rəisi bu gün Rusiya Prezidenti Vladimir Putin ilə telefon söhbətində də səsləndirib.
Söhbət zamanı prezidentlər Ukraynadakı vəziyyəti və qarşılıqlı əməkdaşlıq əlaqələrini müzakirə ediblər.