Braziliyanın "Bahiya" klubunun avtobusunda bomba partlayıb.
SİA xəbər verir ki, bu barədə klubun rəsmi Tvitter səhifəsi paylaşım edib.
Futbolçuları Boliviyanın "Sampayo Korre" komandası ilə matça aparan avtobusa naməlum şəxslər tərəfindən bomba yerləşdirilib.
Partlayıcı "Fonte Nova" stadionuna çatanda işə düşüb. Partlayış nəticəsində "Bahiya"nın 3 futbolçusu yaralanıb. Üzündən, boynundan və ayaqlarından xəsarət alan qapıçı Danilo Fernandesin vəziyyətinin ağır olduğu bildirilir.
Maraqlıdır ki, partlayışa və üç oyunçusunun xəsarət almasına baxmayaraq, hakim bütün iştirakçılarla razılaşaraq, matçın baş tutmasına icazə verib. "Bahiya" 2:0 hesabı ilə qalib gəldiyi oyunda qələbəni yaralanan komanda yoldaşlarına həsr ediblər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...