SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Ordusu Heniçesk körpüsündə baş verən partlayışın düşmənin hərəkətini əhəmiyyətli dərəcədə yavaşlatdığını bildirib.

Silahlı Qüvvələrin rəsmisi bildirib ki, cəsur mühəndis körpünü minalarla təchiz etmək kimi təhlükəli missiyanı yerinə yetirmək üçün könüllü olub.

Bura Rusiyanın ilhaq etdiyi Krımla Ukraynanı birləşdirən əsas strateji nöqtədir.

“Körpü minalanıb, lakin Vitali oradan uzaqlaşa bilməyib”, – Silahlı Qüvvələrin Baş Qərargahından bildiriblər.