PDF Oxu

Dünya

  • 2 390

Rusiya-Ukrayna müharibəsində möcüzə baş verib

Rusiya-Ukrayna müharibəsində möcüzə baş verib

Ukraynanın paytaxtı Kiyevin bomba və siren səsləri ilə əhatə olunduğu bir vaxtda sığınacaqda 23 yaşlı gənc qadın sağlam qız uşağı dünyaya gətirib. Ölkənin ən qaranlıq anında anasının qucağında olan balaca körpə dünyanı ümid çırağı kimi qarşılayıb. SİA xəbər verir ki, Kiyevdə bombardmandan sığınmağa qaçanlar arasında olan 23 yaşlı hamilə qadının doğum sancısı başlayıb. Çöldə atəş səsləri artdıqca gənc qadın heç gözləmədiyi şəkildə körpəsini dünyaya gətirib. Qadının kömək istəməsi ilə sığınacaqdakı hər kəs səfərbər edilib və zirzəmidə lazımi şərait yaradılıb. Sığınacaqda dünyaya gələn balaca qızcığaza Mia adı verilib. Körpənin vəziyyətinin yaxşı olduğu bildirilib.

Digər xəbərlər