PDF Oxu

Dünya

  • 1 611

“Mən buradayam və silahı yerə qoymayacağıq”

“Mən buradayam və silahı yerə qoymayacağıq”

Ukrayna prezidenti Vladimir Zelenski rәsmi internet sәhifәsindә paylaşım edәrәk deyib: “Güya Mənim silahı yerə qoymaq çağırışlarım barədə xeyli məlumat yayılıb. Bu yalandır. Mən buradayam, heç bir silahı da yerə qoymayacağıq”.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Vladimir Zelenski ölkәdәn qaçdığı vә silahı yerә qoymaqla bağlı çağırış etdiyi ilә әlaqәdar yayılan iddialara münasibәt bildirib.

‘‘Hazırda internetdə silahı yerə qoyduğumuza dair çox sayda yalan məlumat yayılır. Mən buradayam, biz silahı yerə qoymuruq. Dövlətimizi müdafiə edəcəyik.Yaşasın Ukrayna!”, - deyə Vladimir Zelenski söyləyib.

Fransa prezidenti Emmanuel Makronla telefon әlaqәsi saxladığını bildirәn Vladimir Zelenski qeyd edib ki, tәrәfdaşlarımız silah vә texnika göndәrir.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.