Beynəlxalq banklararası "SWIFT" sistemi Qərb ölkələri tərəfindən təsdiqlənmiş və Rusiya banklarına yönəlmiş tədbirləri görməyə hazırlaşır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "SWIFT"in açıqlamasına istinadən "Reuters" agentliyi xəbər yayıb.
"Yeni tədbirlərə məruz qalacaq təşkilatlar haqqında ətraflı məlumat əldə etmək üçün Avropa səlahiyyətliləri ilə işləyirik və qanuni təlimatdan sonra onları həyata keçirməyə hazırlaşırıq", - deyə açıqlamada bildirilir.
Xatırladaq ki, daha əvvəl Aİ, ABŞ, Fransa, Almaniya, Kanada, İtaliya və Böyük Britaniyanın nümayəndələri sanksiyalar tətbiq edilən Rusiya banklarının, lazım gələrsə, Rusiya Federasiyasının digər banklarının da "SWIFT"dən çıxarılması barədə razılaşıblar.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...