ABŞ BMT Təhlükəsizlik Şurasının (TŞ) Ukraynadakı vəziyyətlə bağlı fevralın 27-də növbəti iclasının çağırılmasını istəyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "TASS"a nümayəndə heyətlərindən birindəki mənbə xəbər verib.
"Sorğu göndərilib", - deyə mənbə bildirib. Prosedura əsasən, müraciəti aldıqdan sonra BMT Təhlükəsizlik Şurasının sədri iclas təyin edəcək.
"TASS"ın digər mənbəsi izah edib ki, iclas BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkili ilə bağlı “prosessual səsvermə üçün” çağırılıb. Prosessual səsvermədə qərar qəbul etmək üçün Təhlükəsizlik Şurasının 15 üzvündən 9-nun səsi tələb olunur, bu halda veto etibarlı sayılmır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...