Rusiyanın Ukraynaya hərbi müdaxiləsi üçüncü ölkələrin dinc əhalisinin ölümü ilə nəticələnib. SİA xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis şənbə günü, fevralın 26-da özünün Tvitter mikrobloqunda yazıb: “Bu gün Rusiyanın Mariupol yaxınlığında endirdiyi aviazərbələr nəticəsində on günahsız dinc sakin – etnik yunanlar həlak olub”. Mitsotakis Ukraynada 10 soydaşının həlak olmasını Rusiyanın mülki şəxslərə hücumunun qəbuledilməz hərəkəti adlandırıb və bombardmanların dayandırılmasını istəyib: “Dərhal bombardmanı dayandırın!”. “Röyters” agentliyinin məlumatına görə, insident Donetsk vilayətinin Buqas və Sartana kəndləri yaxınlığında baş verib. Yunanıstanın hökumət başçısı həlak olanların ailələrinə başsağlığı verib. Mitsotakis faciəni "Rusiyanın mülki şəxslərə qarşı qəbuledilməz hücum aktı" adlandırıb. O, Yunanıstanın Mariupoldakı konsulluğunun yardım üçün açıq olduğunu bildirib.
Yunanıstan Xarici İşlər Nazirliyi də Rusiyanın Afinadakı səfirinə kəskin etirazını bildirib və səfiri sabah nazirliyə çağırıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...