PDF Oxu

Dünya

  • 1 883

"Ukraynadan sağ-salamat qayıt"

Ukrayna Daxili işlər nazirinin müşaviri Anton Geraşenko sözügedən mövzu ilə bağlı deyib...

"Ukraynadan sağ-salamat qayıt"

Ukrayna həlak olan və ya əsir düşən Rusiya əsgərlərinin ailələri üçün “Ukraynadan sağ-salamat qayıt” (Повернення живим з України) adlı xüsusi rabitə xətti qurur.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Daxili işlər nazirinin müşaviri Anton Geraşenko sözügedən mövzu ilə bağlı deyib: "Bu telefon xəttində siz Rusiya əsgərlərinin sağ, əsir və ya yaralı olub-olmadığını öyrənə və ya ölən qohumunuzun cəsədini nə vaxt və necə aparacağınızı öyrənə bilərsiniz. Sizin həmçinin bu xətlə əriniz və ya oğlunuza mətn mesajı göndərmək imkanınınz da var.”

Qeyd edək ki, rəsmi Kiyev 3500-dən çox Rusia əsgərinin öldürüldüyünü bildirib, əsir düşən əsgərlərin görüntülərini və çıxışlarını jurnalistlərlə paylaşır.

Digər tərəfdən, Ukrayna Daxili işlər naziri Denis Monastirski paytaxt Kiyevdə könüllülərə 25 mindən çox silah və 10 milyon sursat paylandığını açıqlayıb.

Xatırladaq ki, Rusiya fevralın 24-dən Ukraynaya qarşı hərbi əməliyyata başlayıb.

Digər xəbərlər